AZE | RUS | ENG |


Mehriban Əliyeva: Mən Azərbaycanın əsas sərvətinə - xalqımıza inanıram

Mehriban Əliyeva: Mən Azərbaycanın əsas sərvətinə - xalqımıza inanıram
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva doğum günü ilə əlaqədar çoxsaylı təbrik məktubları alıb. Mehriban xanım ona səmimi sözlər ünvanlayanların, xoş arzular bildirənlərin hamısına müraciət edərək dərin minnətdarlığını ifadə edib. AZƏRTACMehriban xanım Əliyevanın müraciətini təqdim edir. Müraciətdə deyilir:

"Əziz dostlar,

Bu günlərdə mənim ünvanıma doğum günü münasibətilə təbriklər daxil olur. Mənə bizim həmvətənlərimiz, müxtəlif nəsillərdən və peşələrdən olan insanlar yazırlar. Mən, həmçinin xaricdən təbriklər alıram. Səmimi təbriklərə və uğurlar arzularına görə hamıya ürəkdən təşəkkür edirəm.

Əziz dostlar,

Belə bir gündə sizin səmimiyyətinizi bir daha hiss etmək mənə çox xoşdur. Mən sizin səmimi təbriklərinizdən çox təsirlənmişəm. Bu, həqiqətən ruhlandırır və müsbət, yaradıcı enerji verir. Mənim hər zaman hiss etdiyim rəğbətinizə, sevgi və dəstəyinizə görə çox sağ olun.

Mən sizinlə bizim ümumi potensialımıza, insan kapitalımıza inanıram, mən Azərbaycanın əsas sərvətinə - xalqımıza inanıram.

Göstərdiyiniz diqqətə görə hər birinizə təşəkkür edirəm. Sizin hamınıza, yaxınlarınıza və sizə əziz olan insanlara cansağlığı, uğurlar, səadət və rifah, Vətənimizə isə sülh və tərəqqi arzu edirəm.

Səmimiyyətlə,

Mehriban Əliyeva”





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN